×

Xəbərlər

Xəbərlər 19 Feb 2024
ADNSU-da Prezident mükafatçıları ilə görüş keçirilib

Fevralın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Prezident mükafatçıları ilə tələbələrin görüşü keçirilib. 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən görüşdə İB-nin  sədri Aynurə Salmanlı tələbələri salamlayaraq görüş haqqında onlara məlumat verib. 

Sonra 2024-cü ildə Prezident mükafatçıları - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək fəaliyyətləri və uğur hekayələrindən, gənclərin maariflənməsi və inkişafı üçün yaradılan imkanlardan danışıblar. Çıxışlarda sosial fəaliyyət, gənclər təşkilatları və könüllülük fəaliyyəti barədə də ətraflı məlumat verilib. 

İnteraktiv formatda keçən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb. 

 


Paylaş