×

Xəbərlər

Xəbərlər 21 Feb 2024
ADNSU-da Respublika Fənn Olimpiadasının yarımfinal turu keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılğı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika Fənn Olimpiadalarının (RFO) informatika fənni üzrə yarımfinal turu keçirilib. İştirakçılara 4 saat ərzində 4 alqoritmik məsələni C++, Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb. İnformatika fənni üzrə yarımfinal turu eyni zamanda ADA Universiteti, Bakı Ali Neft Məktəbi, İqtisad Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universitetininin kompüter laboratoriyalarında və Naxçıvan Muxtar Respublikasında Naxçıvan STEAM mərkəzində təşkil olunub. Yarımfinal turunda ümumilikdə 1290 nəfər şagird iştirak edib. Qeyd edək ki, informatika fənni üzrə RFO “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil olunur.


Paylaş