×

Xəbərlər

Xəbərlər 21 Feb 2024
ADNSU-da 75-ci Beynəlxalq Astronavtika Konqresinə hazırlıq çərçivəsində SABAH qrupları tələbələri ilə görüş keçirilib

Fevralın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 75-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək Azərbaycan Milli Elmi komandasının hazırlıq proqramı çərçivəsində SABAH qrupları tələbələrinə təlim keçirilib.

Azərbaycan Respublikasının Kosmik Agentliyinin təhsil meneceri İmran Muxtarov  tələbələrə qurumun fəaliyyət istiqamətləri, 75-ci Beynəlxalq Astronavtika Konqresi və “Dayanıqlılıq naminə kosmik məsuliyyət”proqramıhaqqında ətraflı məlumat verib.
İnteraktiv sual-cavab formatında keçirilən görüşdə konqresə elmi məqələ ilə müraciət şərtləri, məqalələrin tərtibatı, məqalələrin seçim meyarları, haqqında məlumat verib. Müzakirələrlə davam edən görüşün sonunda tələbələri maraqlandıran sualları  cavablandırıb.

Qeyd edək ki, 75-ci Beynəlxalq Astronavtika Konqresi bu il İltaliyada Milan şəhərində keçiriləcək. Ötən il paytaxt Bakıda keçirilmiş Konqres çərçivəsində ölkəmiz tədbir tarixində ilk dəfə rekord sayda – 214 elmi məqalə təqdim edikib. Onlardan 81 elmi məqalə Azərbaycanın 14 universitetində təhsil alan tələbələr tərəfindən hazırlanıb.


Paylaş