Fevralın 23-dən ADNSU-nun Azİİ e-Kitab Evində və Kitab Evinin nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunmuş “Xocalı soyqırımı” adlı kitab sərgisi təşkil olunub. Hər iki sərgi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, tələbələr arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə təşkil olunub.
Sərgidə üç dildə - Azərbaycan, rus, ingilis dillərində Xocalı soyqırımının dəhşətlərini əks etdirən 80 adda kitab nümayiş olunub.
Sərgi fevral ayının sonunadək davam edəcək.