×

Xəbərlər

Xəbərlər 25 Feb 2024
2 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri ADNSU-da ekskursiyada olublar

Fevralın 23-də Bakı şəhəri 2 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 7-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

Şagirdlər əvvəlcə universitetin Mineralogiya Muzeyini ziyarət edib, buradakı müxtəlif növ eksponatlarla tanış olublar. Muzeyin direktoru, dosent Ağamehdi Ağayev orta məktəb şagirdlərinə mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verib.

Sonra şagirdlər ADNSU-nun Tarix muzeyini ziyarət edib  və universitetə aid tarixi eksponatlarla tanış olublar. 

Ekskursiya zamanı şagirdlər universitetin Kimya-texnologiya fakültəsinin (KTF) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının laboratoriyalarına da baş çəkiblər.


Paylaş