×

Xəbərlər

Xəbərlər 27 Feb 2024
ADNSU-da Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa keçirilib

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə kafedranın professoru İradə Nuriyeva, dosentlər Yaşar Əhmədov, Tahir Cəfiyev, Nərminə Əmirbəyova Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının tarixindən, statistikasından, həmçinin erməni vəhşiliyindən danışıblar, tarixi qan yaddaşımız olan Xocalı soyqırımını heç vaxt unutmamağı, Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın vacibliyini vurğulayıblar. Çıxışlar zamanı qeyd edilib ki, Xocalı soyqırımınının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə uzun illər ölkəmiz tərəfindən sistemli şəkildə iş aparılıb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanmış “Xocalıya Ədalət” kampaniyası nəticəsində Xocalıda xalqımıza qarşı baş verənlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.


Paylaş