Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün “m10 tətbiqi və tələbələrin PashaPay MMC-də karyera imkanları” mövzusunda məlumat sessiyası təşkil olunub.
Tədbirdə PashaPay MMC şirkətinin layihə rəhbəri Elçin Allahverdiyev, layihə təlimçisi Eyyub Salmanov, layihə koordinatoru Əsmər Məmmədova, universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin əməkdaşları və tələbələr iştirak ediblər.
E. Allahverdiyev 'm10 tətbiqinin" üstünlükləri, yeniliklər və funksiyaları haqqında ətraflı məlumat verdikdən sonra PashaPay MMC-nin nəzdində tələbələr üçün yaradılmış müxtəlif könüllü fəaliyyətlər, karyera imkanları haqqında geniş çıxış edib. Həmçinin, məruzəçi yaxın gələcəkdə şirkətdə çoxsaylı yeni layihələrə start veriləcəyi haqqında tələbələri məlumatlandırıb. Sonra layihələrdə iştirak və karyera imkanlarından yararlanmaq üçün müraciət qaydaları tələblərə izah edilib.
Sonda şirkətin Analitika departamentinin rəhbəri, YÜKSƏLİŞ müsabiqəsinin qalibi, ADNSU tələbələrinin mentoru Mustafa Hüseynov tələbələrlə şəxsi təcrübəsini bölüşüb, gənclərə təqdim olunan imkanlardan yararlanmağın vacibliyini qeyd edib.
Qeyd edək ki, tədbirin məqsədi "m10 tətbiqi" haqqında detallı məlumat vermək və ADNSU tələbələrinin PashaPay MMC nəzdində karyera imkanlarından yararlanmaq və həmçinin çox sayda yeni layihələrə cəlb etməkdən ibarət olub.
İnteraktiv formatda keçirilən təqdimatda tələbələrin sualları cavablandırılıb, təkliflər dinlənilib.