×

Xəbərlər

Xəbərlər 01 Mar 2024
ADNSU-da Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib

Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib.

ADNSU-nun prorektorlarının, o cümlədən professor-müəllim heyətinin istirak etdiyi tədbirdə Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov mövzunun vacibliyi haqqında danışıb və mülki müdafiə gününün yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verilib.

Çıxışlarda ölkəmizdə, o cümlədən ADNSU-da mülki müdafiəyə ayrılan diqqətdən bəhs olunub. Mülki müdafiənin insan həyatında, təhlükəsizliyin təmınatındakı rolu tədbir iştirakçılarının diqətinə çatdırılıb. 

Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

Qeyd edək ki, Ümumdünya Mülki Müdafiə Günü- 1972-ci ildə Ümumdünya Mülki Müdafiə Təşkilatının yaradılması münasibətilə hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur.

 


Paylaş