×

Xəbərlər

Xəbərlər 04 Mar 2024
ADNSU əməkdaşları Beynəlxalq layihə çərçivəsində “İnklüziv təhsil” adlı treninqdə iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Xarici dillər” kafedrasının əməkdaşları- Fəridə Hüseynova və Sevda Şıxıyeva  Erasmus+ layihəsi çərçivəsində Portuqaliyada keçirilən  treninqdə ADNSU-nu təmsil ediblər.  
16-25 fevral tarixlərində “Edu2grow” Assosiasiyası tərəfindən təşkil olunan “İnklüziv təhsil” adlı treninqdə iştirak edən ADNSU nümayəndələri təqdimatla çıxış ediblər, universitetdə tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, yeniliklərdən danışıblar. Tədbir çərçivəsində həmçinin, Azərbaycan milli mətbəxinə aid müxtəlif şirniyyatlar təqdim olunub, əcnəbi iştiakçılara Azərbaycanla bağlı məlumat verilib. 
Qeyd edək ki, Almaniya, İtaliya, Litva, Slovakiya, Pribaltika və digər ölkələrin iştirak etdiyi beynəlxalq layihədə ADNSU nümayəndələri sertifikatla təltif edilib.


Paylaş