Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2 saylı poliklinikasında tələbələrə və universitet əməkdaşlarına terapevtik, kardioloji, nevroloji, oftalmoloji və laborator xidmətlər göstərilir.
Bundan əlavə, universitetin əməkdaşları üçün poliklinikada İcbari Tibbi Sığorta paketinə daxil olan xidmətlərdən ödənişsiz istifadə üçün şarait yaradılıb. Poliklinikanın laboratoriyasında alınmış qan nümunələri Referans klinik laboratoriyalarında müayinə olunur. Müayinədən keçmək istəyən hər bir universitet əməkdaşı poliklinikaya yaxınlaşıb müraciət edə bilər.
ADNSU 2 saylı tələbə poliklinikası universitetin əsas binasında yerləşir. Poliklinika Bakı Baş Səhiyyə Mərkəzinə tabedir. Burada 11 müayinə otağı və kliniki laboratoriya var.