×

Xəbərlər

Xəbərlər 06 Mar 2024
ADNSU-da innovasiya mövzusunda növbəti təlim keçirilib

Martın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  İqtisadiyyat və Menecment fakültəsinin (İMF) "3S" layihəsi çərçivəsində “Məhdudiyyətlər innovasiyaya necə təkan verir?” mövzusunda təlim keçirilib.
Tədbirdə çıxış edən Rəqəmlər İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru Elviz İsmayılov məhdudiyyətlərin yaradıcılığı stimullaşdırmaq qabiliyyətindən, yenilikçi həllərin təşviqindən, həmçinin fokus və prioritetləşdirmənin insanların məqsədinin istiqamətləndirilməsi yollarından danışıb. 
Təlimdə Elviz İsmayılov öz təcrübəsindən, startup layihələrin formalaşması və inkubasiya prosesindən danışaraq iştirakçılara maraqlı olan sualları cavablandırıb və tələbələrə yumşaq bacarıqların inkişafı üçün gərəkli olan bəzi internet resursları haqqında məlumat verib.


Paylaş