Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin tələbələrinə “Smart texnologiyalar və bu texnologiyaların perspektiv inkişafı” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə açan fakültənin dekanı, dosent Fərid Ağayev və Avtomatika kafedrasının dosenti, dekan müavini Aygün Səfərova iştirakçıları salamlayaraq seminarın məqsədi və önəmini qeyd ediblər. “Allsmart texnologies” şirkətinin direktoru Elşad Hüseynov seminarda smart texnologiyaların perspektiv inkişafından danışıb ve şirkətin bu sahədəki fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.