×

Xəbərlər

Xəbərlər 19 Mar 2024
ADNSU-nun əməkdaşı Brüsseldə “HORİZON-2020” proqramı çərçivəsində keçirilən toplantıda iştirak edib

Brüssel şəhərində “Climate Campaigners” tədqiqat və innovasiya layihəsinin III Assambleyası keçirilib. ADNSU-nun “İqtisadiyyat və Menecment” fakültəsinin dekanı, dosent İlham Rüstəmov Qlobal iqlim dəyişiklikləri və onun təsirlərinin ölçülməsi və azaldılmasına həsr olunmuş müzakirələrdə iştirak edib. ADNSU “HORİZON-2020” proqramı çərçivəsində həyata keçirilən bu layihənin tərəfdaşlarından biridir. İqlim dəyişikliklərinin həyat tərzinə təsirinin azaldılması istiqamətinə reallaşan bu layihə vətəndaşları yeni cağırışlara cavab verməsini hədəfləyir. Qeyd edək ki, “Climate Campaigners” tədqiqat və innovasiya layihəsi Avstriyanın Johannes Kepler Universitetinin Enerji İnstitutunun koordinatorluği ilə həyata keçirilir.


Paylaş