Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və BA Proqramlarının təşkilatçılığı ilə "ADNSU GRAMMYS" müsabiqəsi keçirilib.
Mahnı müsabiqəsində 11 nəfər finalist öz ifa bacarıqlarını nümayiş etdiriblər. Sonda Azərbaycanın sevilən və tanınmış müğənnilərindən ibarət münsiflər heyəti tərəfindən 3, 2 və 1-ci yer nominasiyaları üzrə qaliblər elan edilib.