Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Katarsis” komandası Bakı Ali Neft Məktəbinin kampusunda 20 sentyabr – “Neftçilər günü”nə həsr edilmiş “Nə? Harada? Nə zaman?” formatlı “Black Oil, Bright Minds 2” adlı turnirin qalibi olub.
Turnirdə ikinci yerə “NMies” komandası (BANM), üçüncü yerə isə “Brain Master” komandası layiq görülüb. Qaliblər kubok və medallarla təltif olunublar.
Turnirdə ADNSU, Azərbaycan-Fransız Universiteti (UFAZ) və BANM-nin 25 komandası iştirak edib.