×

Xəbərlər

Xəbərlər 02 Apr 2024
ADNSU-da “İT ekosistemi yerli və xarici bazarda” adlı seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU) “İT ekosistemi yerli və xarici bazarda” adlı seminar keçirilib.

“İntech Academy” şirkətinin təşkilatçılığı ilə ADNSU-nun “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin tələbələri üçün keçirilən seminarda İT üzrə mütəxəssislər üç istiqamətdə – Etibar Nadirov (Front-end) , Emin Məmmədov (QA Manual)  və  Fəqan Əkbərli (Kibertəhlükəsizlik) - uyğun olaraq təqdimatla çıxış ediblər. 

Təcrübəli mütəxəssislər çıxışlar zamanı yerli və xarici bazarda tələb olunan bacarıqlar, gələcəkdə İT sahəsində olacaq dəyişikliklər haqqında da tələbələrə ətraflı məlumat veriblər. Seminarda həmçinin, tələbərlə İT sahəsinin xarici bazardakı inkişafı, əmək bazarı, iş mühitində əsas məqamlar mövzusunda fikir mübadiləsi aparılıb. 

Sonda təlimçilər tələbələrin suallarını cavablandırıblar.


Paylaş