Azİİ e-Kitab Evinin fonduna “BP Azərbaycan” şirkəti tərəfindən 5 adda 850 nüsxə kitab hədiyyə olunub. Bu akademik kitabların Azərbaycan dilinə tərcüməsi və nəşri “BP”- nin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsidir. Kitablar bu sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara “BP Azərbaycan” şirkətinin hədiyyəsidir.
Kitabların siyahısını təqdim edirik:
1.Rəqəmsal marketinq.Strategiya, tətbiq və təcrübə;
2.Marketinq strategiyası;
3.Növbəti gələcəyin qısa tarixi;
4.İnformasiya təhlükəsizliyinin prinsipləri;
5.İqtisadi siyasət.Nəzəriyyə və praktika;
Kitablarlarla maraqlanmaq istəyənlər Azİİ e-Kitab Evinə müraciət edə bilərlər.