Aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycandan və Qazaxıstandan olan 5-11 sinif şagirdləri üçün fənn olimpiadası təşkil edilib.
Olimpiada ADNSU-nun və M.Auezov adına Cənubi Qazaxıstan Universitetinin təşkilatçılığı ilə ingilis dili, qazax dili, fizika, riyaziyyat, kimya və coğrafiya fənləri üzrə keçirilib. Hər sinifə uyğun olaraq test tapşırıqları verilib və 1 saat yarım ərzində şagirdlər tapşırıqları yerinə yetiriblər.
Nəticələr müəyyən olunduqdan sonra günün sonunda ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-da qaliblərin mükafatlandırılması mərasimi keçirilib. I, II və III yerləri tutan qalıblər uyğun olaraq diplom və medalla mükafatlandırılıb. Medalları ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov qaliblərə təqdim edib.
Olimiadada iştirak edən kurator müəllimlər də sertifikatla mükafatlandırılıblar.
Universitetdəki şəraitdən və olimpiadanın keçirilməsindən məmnun olan qazaxlı qonaqlar iki təhsil müəssisəsinin təşkilatçılığı ilə gələcəkdə bakalavr, magistr və doktorantura səviyyəsində də olimpiada yarışlarının keçirilməsini təklif ediblər.