×

Xəbərlər

Xəbərlər 04 Apr 2024
ADNSU-da müəllimlərə “Pedaqogika” kursu keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində “Pedaqogika” və “Psixologiya” kursu təşkil olunub. Bu məqsədlə növbəti kurs “Pedaqogika” və “Psixologiya” kursunda tədris aparan müəllim, professor Əyyub Kərimov tərəfindən keçirilib.

Kursun tədris-tematik planı ali məktəb müəlliminin funksiyaları və ona verilən tələblər, müəllimin pedaqoji ustalığı, müəllimin özünü təkminləşdirmə formaları, eyni zamanda, fənnin öyrənilməsində   müəllim- tələbə münasibətlərinin düzgün qurulmasının rolu, xarakter və fəaliyyətin iradi tənzimi, ünsiyyətin psixologiyası, qrup anlayışı, onun təsnifatı və digər bu kimi mövzuları əhatə edib. 


Paylaş