×

Xəbərlər

Xəbərlər 15 Nov 2023
ADNSU-da “Dəvətli professor” layihəsi çərçivəsində seminar keçirilib

Noyabrın 15-də Avstriyanın KREMS Tətbiqi Elmlər Universitetinin Fəxri professoru, Azərbaycan Turizm və Menecment Universitetində dosenti, İMC Krems AATP ikili diplom proqramında professor, AzPMA-nın (Azerbaijan Project Management Association) üzvü Nailə Musayeva “Dəvətli professor” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Kimya texnologiya faküktəsinin (KTF) “Neft-kimya texnologiyası və sənaye ekologiyası ” kafedrasında “Ekologiya mühəndisliyi” ixtisası üzrə II kurs 351.20,353.20 qruplarında tədris olunan “Layihələrin idarə edilməsi” fənnindən proqram çərçivəsində sillabus üzrə “Layihənin predmet sahəsinin idarə edilməsi”, “Müddətin idarə edilməsi”, “Xərclərin idarə edilməsi”, həmçinin “Keyfiyyətin idarə edilməsi”  mövzularında seminar keçən N.Musayeva layihələrin idarə edilməsində uğurlu startegiyanın yaradılması və digər vacib məqamlar haqqında tələbələrə məlumat verib. Seminarların sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.  


Paylaş