×

Xəbərlər

Xəbərlər 04 Apr 2024
ADNSU-da “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Aprelin 4-də “Clarivate Analytics” şirkətinin aparıcı məsləhətçisi İneş Kenjina və şirkətin regional meneceri Anna Trifonova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüblər.
Görüşdə dosent Vazeh Əskərov əvvəlcə qonaqlara universitetin fəaliyyəti və elmi istiqamətləri haqqında ətraflı məlumat verib. UFAZ-ın icraçı direktor əvəzi Lətifə Nəsibovanın da iştirak etdiyi görüşdə tərəflər arasında yeni əməkdaşlıq imkanları,  həmçinin  “Web of Science” bazasından istifadənin səmərəli təşkili, yeni layihələr və elmi tədqiqat işlərinə dəstək göstərilməsi və digər mövzularda  müzakirələr aparılıb.


Paylaş