Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin (KTF) Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Könüllülərə həsr olunmuş konfransında iştirak ediblər. AQTA-nın nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun təsis konfransında ADNSU-nun 25-dən çox tələbəsi, həmçinin müəllimlər iştirak ediblər. Qeyd edək ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna üzvlərin cəlb edilməsi ilə bağlı isə AQTA-nın əməkdaşları tərəfindən 6 universitetin tələbələri ilə görüşlər təşkil olunub. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində təşəbbüs qrupuna qoşulmaq üçün 700-dən çox müraciət daxil olub. Müraciət edən 100-ə yaxın könüllü bütün mərhələlərdən uğurla keçib və onlar təşəbbüs qrupunun üzvləri kimi fəaliyyət göstərəcəklər.