×

Xəbərlər

Xəbərlər 05 Apr 2024
ADNSU-da “Sağlamlığı təşviq edən proqram” adlı maarifləndirici seminar keçirilib

Aprelin 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Sağlamlığı təşviq edən proqram” adlı maarifləndirici seminar keçirilib.

Tədbirdə İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnarə Makayeva və müdir müavini Zümrüd Kazımova tələbələrə sağlamlıq və yuxunun fiziologiyası mövzusunda məlumat verib, sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillərdən söz açıb, sağlamlığın qorunması istiqamətində vacib tövsiyələr veriblər.   

Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində keçirilən görüşün əsas məqsədi gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağıraraq onların təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etmək olub.


Paylaş