Aprelin 4-də İvano-Frankovsk Milli Neft və Qaz Texniki Universitetində "Müasir çağırışlar şəraitində aktual idarəetmə problemləri" adlı II Beynəlxalq elmi-praktik konfrans keçirilib.
İki gün davam edən, onlayn və oflayn formatda keçirilən konfransda İvano-Frankovsk Milli Neft və Qaz Texniki Universitetin, eyni zamanda ayrı-ayrı ali təhsil müəssisələrindən olan professor-müəllim heyəti, o cümlədən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Menecment” kafedrasının müdiri, professor Qəzənfər Süleymanov və kafedranın əməkdaşları iştirak ediblər. “Menecment” kafedranın əməkdaşları Türkan Şeydai və Nuranə Abdullayeva konfransda konkret mövzu üzrə çıxış ediblər.
Konfransnda “Müasir çağırışlar şəraitində idarəetmənin inkişafının aktual elmi və praktiki problemlərinin hərtərəfli müzakirəsi”, “Təcrübə mübadiləsinin təşviqi”, “Elmi nailiyyətlərin mübadiləsi”, “Tərəfdaşlıq təcrübələrinin mübadiləsi”, “Mümkün əməkdaşlıq sahələrinin axtarışı və müzakirəsi” kimi mövzularla bağlı məruzələr dinlənilib, mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.
Konfransın əhəmiyyəti iştirakçılar tərəfidən dünya ölkələri arasında dostluq və strateji əməkdaşlığın “LOKAMATİVİ” kimi də qiymətləndirilib.