Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun rəhbərliyi ilə universitetin bir qrup əməkdaşı və tələbəsi, o cümlədən “ADNSU-nun Yaşıl dünya səfirləri” proqramında iştirak edən gənclər Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı Rayon Təşkilatının üzvləri ilə birlikdə ağacəkmə aksiyasında iştirak ediblər. Bakı şəhəri Suraxanı rayonu ərazisində keçirilən aksiya Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi ilə əlaqədar tədbirlər proqramı çərçivəsində baş tutub. İştirakçıların böyük ruh yüksəkliyi ilə müşaiyət olunan aksiya çərçivəsində 400 ədəd ağac əkilib. Ölkə paytaxtında yaşıllıq zolaqlarının genişləndirilməsi, rayonun ekoloji tarazlığının bərpa olunmasına dəstək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etmək kimi nəcib məqsədlərə xidmət edən ağacəkmə aksiyaları mütəmadi olaraq keçirilr.