Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH qrupları İcra Komitəsinin ADNSU-SABAH tələbələri ilə görüşü keçirilib.
Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri, SABAH qrupları layihəsi İcra Komitəsinin rəhbəri Elza Səmədova, SABAH qrupları layihəsi İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Nailə Qəhrəmanova, SABAH qrupları layihəsi İcra Komitəsinin rəhbərinin müavini Sevinc Əliyeva, SABAH qrupları layihəsi İcra Komitəsinin üzvü, tədbirlərin təşkili və kommunikasiya üzrə menecer Aydan Əliyeva və tələbələr iştirak ediblər.
Bakalavriat və magistratura səviyyəsi üzrə təhsil alan tələbələrlə görüşdə tədris prosesinin daha da təkmilləşdirilməsi, asudə vaxtın səmərəli təşkili ilə bağlı müzakirələr aparılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib