×

Xəbərlər

Xəbərlər 09 Apr 2024
ADNSU-da “ADNSU və UFAZ-ın Yaşıl dünya səfirləri” proqramının təqdimatı keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ADNSU və UFAZ-ın Yaşıl dünya səfirləri” proqramının təqdimatı keçirilib.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları salamlayaraq bu il COP29-un Azərbaycanda keçirilməsinin və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin önəmindən danışıb. Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı bu istiqamətdə həyata keçirilən layihələrdən və görülən işlərdən bəhs olunub.

“ADNSU və UFAZ-ın Yaşıl dünya səfirləri” proqramının yüksək səviyyədə icra olunacağını qeyd edən dosent Vazeh Əskərov “Yaşıl universitet” layihəsinin tərkib hissəsi və bu mühüm layihələrdən irəli gələn məsuliyyətin nəticəsi kimi ADNSU-nun layihələrdə fəal iştirak etdiyini, bu istqamətdə bir sıra mühüm tədbirlər keçiriləcəyini qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və xatirə fotosu çəkilib.


Paylaş