Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e - Kitab Evində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş kitab sərgisi təşkil olunub.
Sərgidə Azərbaycan xalqının mədəniyyət xəzinəsinə bəxş etdiyi ən dəyərli mənəvi sərvətlərdən biri olan Məhəmməd Füzuli əsərlərinin müxtəlif dövrlərdə nəşrə hazırlanan çap variantları, poemaları, eləcə də dahi şairin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, poemalar və elmi araşdırmalar geniş yer almışdir.
Məhəmməd Füzulinin həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsinə həsr olunmuş sərgi 16-26 aprel tarixlərində fəaliyyət göstərəcək.