×

Xəbərlər

Xəbərlər 17 Apr 2024
ADNSU-da Tatarıstanlı nümayəndələrlə görüş keçirilib

Aprelin 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Alabuqa”Sənaye İstehsalat tipli xüsusi iqtisadi zonasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov həmçinin “Alabuqa”Sənaye İstehsalat tipli xüsusi iqtisadi zonasının MDB ölkələri ilə qarşılqılı əlaqələrin idarə olunması layihələrinin rəhbəri Yevgeniy Belov, HR üzrə mütəxəssis Aydar Valiyev iştirak ediblər. Əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə təhsil və tədrisdə əməkdaşlıq, innovativ ideyalar əsasında sənaye istehsalının birgə təşkili və digər istiqamətlər haqqında müzakirələr aparılıb. 


Paylaş