×

Xəbərlər

Xəbərlər 17 Apr 2024
ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

ADNSU-nun “İqtisadiyyat və menecment” fakültəsinin I kurs tələbəsi Kərimli Nicat Akif oğlu Dünya çempionu olub. Belə ki, tələbəmiz 12-14 aprel 2024-cü il tarixində Bolqarıstanın Albena şəhərində Şotokan Karate-do (WSF) üzrə gənclər arasında keçirilən 14-cü Dünya çempionatında 75 kq çəki dərəcəsində hər iki kateqoriyada mübarizə apararaq Dünya çempionu olmuş və Azərbaycan bayrağını göylərə qaldırmışdır.


Paylaş