×

Xəbərlər

Xəbərlər 16 Apr 2024
ADNSU-da "Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar master-klass keçirilib

Aprelin 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri, dosent Nərminə Əliyevanın təşkilatçılığı ilə magistratura səviyyəsi üzrə “Kimya mühəndisliyi” və “Ekologiya mühəndisliyi” ixtisasının bir qrup tələbəsinə “Azərbaycanın Dünyanın Yaşıl gələcəyi naminə artan töhvəsi” mövzusunda master-klass keçirilib.

Euro Petroleum Consultants şirkətinin vitse-prezidenti, aparıcı mütəxəssis İqor Nəsirov tərəfindən keçirilən master-klass zamanı dünyada, o cümlədən Azərbaycanda ayrı-ayrı yaşıl layihələr, proseslərin təhlili, ətraf mühitin mühafizəsi və digr bu kimi mövzularda mühazirələr yer alıb, mövzularla bağlı ətraflı fikir mübadiləsi aparılıb. 

Təcrübəli mütəxəssis hamını dünyanın yaşıl gələcəyi naminə birləşib həmrək olmağa səsləyib. Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş