Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin (EF) təşkilatçılığı ilə “Yaşıl Dünya naminə hərəylik ili” çərçivəsində “Dünyanın iqlim dəyişkənliyinə yaşıl vədlərimiz” mövzusunda seminar keçirilib.
Seminarda açılış nitqi ilə çıxış edən Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev iştiakçıları salamlayaraq dünyadakı müasir mürəkkəb ekoloji vəziyyətin və ekoloji böhranların olduğu bir vaxtda ölkələr qarşısında duran ciddi vəzifələrdən danışıb. Bu baxımdan COP29-a ev sahibliyi etməklə ölkəmizin iqlim dəyişikliyinin öhdəsindən gəlmək üzrə qlobal səviyyədə töhfə vermək baxımından qətiyyətli mövqeyini nümayiş etdirdiyini bildirib. Dövlət başçısının Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək. Təhsil sahəsində də bir sıra ekoloji tədbirlərin təşkil olunması belə mötəbər tədbirin keçirildiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə əvəzsiz töhfə olduğunu deyib.
Sonra ”Enerji istehsalı texnologiyaları” kafedrasının dosenti Babayeva Sevinc “Qarabağ iqtisadi zoansında fərdi yaşayış evlərinin istilik təchizatında alternativ enerjidən istifadənin tədqiqi”, tələbə Şirinov Əliş “Azərbaycanın dayanıqlı inkişafında yaşıl enerji strategiyasının rolu”, doktorant Heydərov Ələkbər “ Ağıllı şəbəkə və süni intellekt texnologiyalarının bərpa olunan enerji mənbələrinin inteqrasiyasında rolu”, doktorant İsmayılov İsmayıl “Rogovski və yüksək təzlikli cərayan transformatorları sarğılarından istifadə etməklə yüksək gərginlikli elektrik maşınlarında yaranan qismi boşalmaların ölçülməsi” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.