Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) Sahibkarlıq Akademiyası, İnsun Yaşam Mərkəzinin təşkilatçılığı ilə “Ünsiyyət bacarıqları və uğurlu münasibət” mövzusunda seminar keçirilib.
Seminarda əvvəlcə təşkilatçılar haqqında iştirakçlara məlumat verilib, seminarın tələbələr üçün əhəmiyyəti qeyd edilib.
Sonra psixoloq Nuridə Daşdəmirli “Ünsiyyət bacarıqları və uğurlu münasibət” mövzusunda çıxış edərək düzgün və səmimi münasibətin insan həyatındakı müsbət tərəflərindən, ünsiyyətin əhəmiyyətindən və ünsiyyət qaydalarından danışıb. Daha sonra mentor, təlimçi Fatma Sedef Kaynarkan “Fürsətlər Adamı olmaq” mövzusunda çıxış edib, fürsətləri dəyərləndirməyin insan həyatındakı mühüm rolundan danışaraq gənclərlə təcrübəsini bölüşüb.
İnteraktiv formatda keçirilən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.