Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Turan Qazma və Mühəndislik” şirkətinin mütəxəssisi Papadopoulo Vasiliki tərəfindən tələbələr üçün treninq keçirilib.
“İş danışıqları və bacarıqlar” mövzusunda keçirilən treninqdə bu sahədə mövcud reallıqlar və perspektivlərlə bağlı tələbələrlə geniş müzakirələr aparılıb. Papadopoulo Vasiliki öz təcrübəsini gənclərlə bölüşüb, özünüinkişaf üçün vacib məqamlardan söz açıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.