×

Xəbərlər

Xəbərlər 23 Apr 2024
ADNSU-da YÜKSƏLİŞ” müsabiqəsinin qalibi ilə tələbələrin görüşü keçirilib

Aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “YÜKSƏLİŞ” müsabiqəsinin qalibi Saməddin Abbasovla tələbələrin görüşü keçirilib.

Görüşdə  uğurlu karyera qurmağın, ali təhsildə fərqlənməyin və öz üzərində durmadan işləməyin yollarından danışan S.Abbasov karyerada inkişafla bağlı gənclərə tövsiyələrini verib, “YÜKSƏLİŞ” müsabiqəsindəki qalibiyyətindən danışıb və tələbələrlə öz təcrübəsini bölüşüb. 

“Yüksəliş” İctimai Birliyi, İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Çinarə Babayeva “YÜKSƏLİŞ” müsabiqəsinin mərhələri, seçim şərtləri, mentorlar və qaliblər haqqında məlumat verib, yeniliklərdən danışıb

İnteraktiv fomartda keçirilən görüşdə tələbələrin sualları cavablandırılıb, müzakirələr aparılıb.

Qeyd edək ki, ADNSU-da “YÜKSƏLİŞ” müsabiqəsinin qalibləri ilə tələbələrin görüşləri davam edir. Saməddin Abbasov İqtisadiyyat və idarəetmə ixtisası üzrə bakalavriat və Qafqaz Universitetində MBA proqramı çərçivəsində Maliyyə və kredit ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında aparıcı analitik vəzifəsində çalışır.


Paylaş