×

Xəbərlər

Xəbərlər 23 Apr 2024
ADNSU-da "Sizin üçün effektiv həllər" mövzusunda seminar keçirilib

Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün (ADNSU) "URC company" tərəfindən "Sizin üçün effektiv həllər" mövzusunda seminar keçirilib.
Seminarda şirkətin İnsan resurları üzrə meneceri Aynur Adıgözəlova tələbələrə müəssisənin fəaliyyəti, gənclər üçün yaradılan imkanlar və təcrübə proqramları haqqında məlumat verib. Şirkətin “1C” proqramı üzrə aparıcı mütəxəssisi, ADNSU-nun məzunu Könül Rəsulzadə şəxsi iş təcrübəsini gənclərlə bölüşərək müasir effektiv həllərin yaradılmasında istifadə edilən proqramlaşdırma dilləri və paradiqmalar haqqında danışıb. İnteraktiv formatda keçirilən görüşdə tələbələrin sualları cavablandırılıb və müzakirələr aparılıb.


Paylaş