Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Fulbright” proqramını başa vuran ADNSU müəllimlərinə seritifikatlar verilib.
Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyindən Mədəniyyət işləri üzrə məsul şəxs Salman Hacı, İngilis dili üzrə proqram koordinatoru Səbinə Abdullayeva, həmçinin “Fulbright” proqramı çərçivəsində ADNSU-da tədris aparan müəllim Tiffany Tilman və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, “Fulbright” proqramı çərçivəsində amerikalı müəllim Tiffany Tillman tərəfindən 2 ay müddətində 3 istiqamətdə seminarlar aparılıb. "Gənc müəllimlər üçün İngilis dilinin effektiv tədrisi metodikaları", "Akademik yazı" və "İngilis dilinin tədqiqat sahəsində istifadə edilməsi" mövzuları üzrə keçirilən seminarlarda iştirak edən 29 iştirakçı sertifikatla təltif olunub.