Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Misirin Delta Elm və Texnologiya Universiteti arasında Əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.
Görüşdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov “Makromolekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində universitetdə olan qonaqları salamlayaraq Misirin Delta Elm və Texnologiya Universiteti ilə imzalanacaq memorandumun nəinki hər iki universitet üçün eyni zamanda ölkələr arasında da təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcyinə əminliyini bildirib.
Misirin Delta Elm və Texnologiya Universitetinin prezidenti, professor Yehia Elmashad təmsil etdiyi ali təhsil müəssisəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, bir çox istiqamətlərdə birgə əməkdaşlıq imkanlarının olduğunu qeyd edib və gələcəkdə bu istiqamətdə yeni imkanlaörın açılacağını vurğulayıb.
Sonra tərəflər arasında Əməkdaşlıq memorandumu imzalanıb.
Tədbirdə həmçinin, Delta Elm və Texnologiya Universiteti və Malayziyanın Asia Pasifik Universiteti arasında Anlaşma memorandumu imzalanıb.
Sonda xatirə hədiyyələri təqdim edilib.