×

Xəbərlər

Xəbərlər 01 May 2024
ADNSU-da doktorant və gənc alimlər üçün seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin “Ali təhsil müəssisələrində transdissipinarlıq strategiyaları ilə maarifləndirmə fəaliyyətinin təşkili” layihəsi çərçivəsində seminar keçirilib.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən seminarda ADNSU-nun Doktorantura şöbəsinin müdiri, dosent Zülfüqar İbrahimli iştirakçıları salamlayaraq, layihənin ali təhsil müəssisələrində biliyin istehsalı prosesində yeni metod və vasitələrin tədqiqinin və təşviqi yönündə əhəmiyyətindən danışıb. 
Təqdimatla çıxış edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti Sevinc Ədilova fənlərarası əlaqə və münasibətlərin yenidən qurulması strategiyası, yeni biliklər istehsalının yollarının araşdırılması prosesindən danışıb. Həmçinin, xarici universitetlərin təcrübəsinin, eyni zamanda fərqli ölkələrdə tətbiq olunan metodların öyrənilməsi, fənlərarası münasibətlər kontekstində yeni düşüncə tərzinə gedən yolun tapılması barədə ətraflı məlumat verib. 
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.


Paylaş