×

Xəbərlər

Xəbərlər 02 May 2024
ADNSU-da “Gənc düşüncənin gücü” mövzusunda seminar keçirilib

Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “Gənc düşüncənin gücü” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən “Odlar Yurdu” Gənclər İB-nin baş katibi Nərmin Daşdəmirbəyli layihənin məqsədi və layihə çərçivəsində icra olunan işlər barədə iştirakçılara məlumat verib. Sonra psixoloq Həvva Şəfiyeva “Gənc düşüncənin gücü” mövzusunda təqdimatla çıxış edərək düşüncənin insan həyatına təsiri, şəxsiyyət tipləri və pozuntularından danışıb.

ADNSU-nun Protokol xidmətinin əməkdaşı Məhəmməd Şirəliyev belə sosial layihələrin gənclərin maariflənməsində önəmindən bəhs edib. 

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Paylaş