×

Xəbərlər

Xəbərlər 07 May 2024
ADNSU-nun BA Proqramlarının bir qrup məzunu ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BA Proqramlarının direktoru, professor Rafiq Əliyevin məzun icmasının aktiv nümayəndələri ilə görüşü keçirilib. Səmimi formatda keçirilən görüşdə məzunların əmək fəaliyyətindən, karyera imkanlarından, qarşılaşdıqları çətinliklərdən və uğur qazanmağın yollarından bəhs olunub. Dəvətə görə razılıqlarını bildirən məzunlar universitetdə BA Proqramlarına verə biləcəkləri töhfələrdən danışıblar, tələbələr üçün lazımi dəstəyi göstərməyə, öz praktiki biliklərini onlarla bölüşməyə hazır olduqlarını bildiriblər. 


Paylaş