×

Xəbərlər

Xəbərlər 07 May 2024
ADNSU-da “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı mühazirə keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq “Neft-kimya texnologiyası və Sənaye ekologiyası” kafedrasında “Su ehtiyatlarının davamlı idarə olunması” mövzusunda mühazirə dərsi keçirilib. Mühazirə kafedranın dosenti Xədicə Cavadova tərəfindən bakalavr səviyyəsi üzrə “Ekologiya mühəndisliyi” ixtisasının 365.21 və 367.21 qruplarında keçirilib. Mühazirə dərsində su ehtiyatlarının davamlı idarə olunmasının səmərəli istifadəsinin təmin edilməsi istiqamətində işlərin aparılması üzrə təqdimat nümayiş olunub, ölkəmizin xalq təsərrüfatının bütün sahələrinin durmadan inkişaf etməsi ilə əlaqədar istehsal qüvvələrinin yerləşdirilməsində və inkişafında su ehtiyatlarının əhəmiyyətindən danışılıb. Mühazirədə Azərbaycanın işğaldan azad olmuş ərazilərində yerləşən çayların, su anbarlarının, göllərin suyunun ümumi vəziyyəti barədə açıqlamalar verilib və bu su ehtiyatlarının yenidən qurulması, layihələndirilməsi, bərpası, təmir işləri barədə müzakirələr aparılıb. 

 Mühazirənin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş