×

Xəbərlər

Xəbərlər 08 May 2024
Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Respublika Elmi Konfransı başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə Həmrəylik ili” və COP29 çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı başa çatıb.

İki gün davam edən konfransın bağlanış tədbirində çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və Doktorantura şöbəsinin müdiri, dosent Zülfüqar İbrahimli konfransın nəticələrindən və elmi əhəmiyyətindən danışıblar. Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib.

Konfrans çərçivəsində 7 bölmə üzrə (Kimya texnologiya ve ekologiya, Neft-qaz yataqlarının mənimsənilməsi, Mexanika ve maşınqayırma, Energetika ve alternativ enerji, İnformasiya texnologiyaları və təhlükəsizlik, İqtisadiyyat və idarəetm, Geologiya ve geofizika) bölmə iclasları keçirilib, məruzələr dinlənilib. Ümumilikdə konfransda 99 tezis məruzə edilib.


Paylaş