×

Xəbərlər

Xəbərlər 08 May 2024
ADNSU-da “Beynəlxalq satış üzrə mütəxəssis” inkişaf proqramının təqdimatı keçirilib

Mayın 8-də Azərbycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azerbaijan Fish Farm” MMC şirkətinin “Beynəlxalq satış üzrə mütəxəssis” inkişaf proqramının təqdimatı keçirilib. 

Təqdimatda Azerbaijan Fish Farm MMC-nin HR üzrə aparıcı mütəxəssisi  Ülviyyə Cəfərova şirkətin fəaliyyət sahələri, cari layihələr və proqramlar, həmçinin “Beynəlxalq satış üzrə mütəxəssis” inkişaf proqramına müraciət qaydaları, qeydiyyat prosesi, seçim turları və digər məsələlər haqqında geniş təqdimatla çıxış edib, tələbələri maraqlandıran sualları cavablandırıb.  

Qeyd edək ki, proqramın məqsədi tələbə və yeni məzun olmuş gənclərin gələcək karyerasının inkişafına dəstək olmaq və iş yeri ilə təmin etməkdir.


Paylaş