ADNSU-nun Debat Klubununun 15 illiyinə həsr olunmuş "PENTADEKAN" adlı açıq debat turniri keçirilib. Müxtəlif universitetləri təmsil edən onlarca debatçının iştirakı ilə baş tutmuş turnirdə olduqca maraqlı keçən qrup mərhələsindən sonra 8 komanda 1/4 final mərhələsinə vəsiqə qazanıb. Əzmkar mübarizə və maraqlı oyunlarla yadda qalan mübarizədə final mərhələsində "Tragikomediya" və "Uchiha İtachi" qarşı-qarşıya gəlib. Hər iki tərəfin sərgilədiyi möhtəşəm oyunun sonunda "Tragikomediya" komandası turnirin çempionu olub.