×

Xəbərlər

Xəbərlər 13 May 2024
ADNSU tələbələri Beynəlxalq startap müsabiqəsində birinci yerə layiq görülüb

ADNSU tələbələri “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsində 1 yerə layiq görülüb. Azərbaycan Texniki Universitetində (AzTU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinin ilkin mərhələsi keçirilib.

AzTU və Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetinin (METU) birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycanın ümumilikdə 10 ali təhsil müəssisəsindən 22 komanda iştirak edib. Məqsəd universitetlərin müəllim və tələbələrinin innovativ ideyalarla qlobal problemlərin həllinə töhfə verilməsinə cəlb olunmasıdır.

ADNSU-nun komanda rəhbəri t.ü.f.d. Elviz İsmayılov, Fərid Şixiyev, Aidə Adıgözəlova, Rüfət Əliyev, Murad Səmədov və Mehparə Heydərovadan ibarət olan ABC komandası müsabiqədə öz ideyaları ilə birinci yerə layiq görülüb.

ABC startapı ALS xəstəliyi olan iflic insanlar üçün baş hərəkətləri ilə idarə olunan əlillik arabası sistemidir. Həmçinin, onların ünsiyyət qura bilməsi üçün baş hərəkətləri ilə idarə olunan kompüterdir. Qeyd edək ki, layihənin ilkin mərhələsi Azərbaycan Texniki Universitetinin "Cezeri Lab" 3D texnologiyaları və elektronika sahəsində ixtisaslaşmış laboratoriyada hazırlanıb.


Paylaş