Mayın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin (EF) təşkilatçılığı ilə 2024-cü ilin “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına dair “Azərbaycanı sürətli inkişafa aparan yaşıl yol- dəyişən dünya və yaşıl sərvətlərimiz” mövzusunda açıq mühazirə keçirilib.
Mühazirədən əvvəl açılış nitqi ilə çıxış edən Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev iştirakçıları salamlayaraq mövzu ilə bağlı ətraflı məlumat verib.
Sonra “Enerji istehsalı texnologiyaları” kafedrasının dosenti Fəxrəddin Rəhimov “Azərbaycanı sürətli inkişafa aparan yaşıl yol- dəyişən dünya və yaşıl sərvətlərimiz” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanda ətraf mühitin çirklənməsinin qarşısının alınması yolları, eləc də ətraf mühitin qorunmasına dair ölkəmizdə aparılan quruculuq işləri, həmçinin dünyada ekoloji çirklənmənin qarşısının alınması ilə bağlı qəbul edilən konvensiya haqqında ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.