Mayın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Caspian İnnovation Center təcrübə proqramının təqdimatı keçirilib.
Təqdimatda Şirkətin İnsan Resursları rəhbəri Səadət Nurməmmədova iştirakçılara görüş, təcrübə proqramı haqqında məlumat verib.
Sonra şirkətin Təlim və İnkişaf üzrə aparıcı mütəxəssisi Fəridə Məmmədova Caspian İnnovation Center “Rəqəmsal əkizinizi bizimlə qurun” mövzusunda təqdimatla çıxış edib, xidmət sahələri, tərəfdaşlar, cari layihələr və təcrübə proqramına müraciət, seçim prosesi və s. haqqında məlumat verib.
Şirkətin baş informasiya təhlükəsizliyi direktoru Rauf Mahmudlu isə Kibertəhlükəsizlik trendləri və təhlükəsizlik həlləri mövzusunda geniş təqdimatla çıxış edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb və tələbələr üçün workshop keçirilib.