Mayın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyədən gələn professorlar tələbələr üçün seminar keçib.
Türkiyənin Pamukkale Universitetinin professorları - Sevilay Çətin, Gökhan Ünlü, Sinan Aksöz və Osman Nuri Ağdağ ADNSU-nun Cihaz mühəndisliyi kafedrasının təşkilatçılığı ilə universitetlə, o cümlədn tədris və dərs şəraiti ilə yaxında tanış olublar. Qardaş ölkədən gələn qonaqlar fakültə və kafedra rəhbərləri ilə yanaşı, ADNSU-nun prorektorları ilə də görüşüblər, iki təhsil müəssisəsi arasındakı əməkdaşlıq əlaqələrindən bəhs ediblər.
Səfər çərcivəsində Türkiyənin Pamukkale Universitetinin professorlarının və ADNSU-nun professorlarının iştirakı ilə nanotoxnolgiyalar, tibbi cihazlar, simsiz enerji ötürülməsi mövzusunda tələbələr üçün seminar keçirilib.
Semiarda “Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova, İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin dekanı, dosent Fərid Ağayev çıxış edərək görüşün məqsədi, təqdimat mövzuları haqqında iştirakçlara məlumat veriblər. Seminarın əhəmiyyəti qeyd olunub və tələbələr aktiv olmağa dəvət edilib. Sonra professorlar qeyd olunan mövzularla bağlı konkret sahələr üzr təqdimatla çıxış ediblər.
Sonda mövzularla bağlı tələbələrin sualları cavabladırılıb. Qonaqlara hədiyyələr təqdim olunub.