14-15 may tarixlərində Rusiya Federasiyasının Sterlitamaq şəhərində “Üzvi və qeyri-üzvi sintez texnologiyalarının inkişafının aktual problemləri və istiqamətləri” mövzusunda IV Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Dünyanın müxtəlif ölkələrindən alimlərin qatıldığı konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi” kafedrasının müdiri, professor Sakit Rəsulov da iştirak edib.
Professor Sakit Rəsulov onlayn formatda konfransın plenar sessiyasında “Neft və qaz emalı üçün tullantısız texnologiyanın inkişafı” mövzusunda geniş təqdimatla çıxış edib. Mövzu aktualığına və əhəmiyyətinə, eyni zamanda məzmunlu məruzəyə görə iştirakçılar tərəfindən maraqla qarışlanıb.
Qeyd edək ki, iki gün davam edən konfrans Rusiya Elmlər Akademiyası və Ufa Dövlət Neft Texniki Universitetinin təşkilatçılığı ilə keçirilib.